“Arsenal”ın futbolçusu koronavirusa yoluxdubackend

“Arsenal”ın futbolçusu koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir millisinin və “Arsenal”ın futbolçusu Məhəmməd El-Nenni koronavirusa yoluxub.

Editor.az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçidən yığmanın Afrika Millətlər Kubokunun Toqo ilə matçından əvvəl test nümunələri götürülüb və onda COVİD-19 aşkarlanıb. Oyunçu dərhal təcrid olunub.

Bu səbəbdən Əl-Nenni Toqo ilə görüşü buraxmaqla yanaşı, Premyer Liqanın 9-cu turunda “Lids Yunayted”lə qarşılaşmada da iştirak etməyəcək.

Qeyd edək ki, Misir – Toqo matçı bu gün, “Arsenal” – “Lids Yunayted” oyunu isə 22 noyabrda (Bakı vaxtı ilə 20:30) keçiriləcək.