“Arsenal” Ruben Nevesi transfer etmək istəyirbackend

“Arsenal” Ruben Nevesi transfer etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasının köklü komandalarından olan Londonun “Arsenal” klubu heyətini gücləndirmək niyyətindədir.

Editor.az “sporx” a istinadən xəbər verir ki, “topçular”ın hədəfində “Volverhapmton”nun mərkəz yarımmüdafiəçisi Ruben Nevesdir. Klubun bu istəyi birbaşa Migel Artetanın arzusudur. Londonlular bu transferin baş tutması üçün 60 milyon avrodan keçməyə hazırdırlar.

Qeyd edək ki, portuqaliyalı futbolçu cari mövsümdə “Volverhampton”un heyətində 31 dəfə meydana çıxıb. Bu mövsüm o, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

//Editor.az