“Arsenal”ın 19 yaşlı vinqeri Qabriel Martinelli sıradan çıxıb.
“Topçular”ın baş məşqçisi Mikel Arteta bu barədə məlumatı təsdiqləyib:
“Dünənki məşqdən sonra yenidən pis xəbər aldıq. Məşqin sonlarında oyunçulardan biri Martinellinin ayağına zərbə endirdi və o, dizindən zədə aldı.
Həkimlər zədənin ciddi olub-olmadığını dəqiqləşdirməyə çalışırlar. Vəziyyət elə də yaxşı görünmür. Nə qədər oynamayacağını dəqiq deyə bilmərəm. Sadəcə, görünür, bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq”.
//Fanat.az

