Artan erməni təxribatları: “Azərbaycanın səbr kasası daşır”-AÇIQLAMAbackend

Artan erməni təxribatları: “Azərbaycanın səbr kasası daşır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan dəfələrlə Ermənistana və Qarabağdakı separatçılara sülh barədə yumşaq və həssas təkliflərini irəli sürüb”.

Bunu Editor.az-a hərbi ekspert Ədalət Verdiyev son vaxtlar Qarabağ ərazisində qeyri-qanuni məskunlaşmış separatçıların və onların qondarma “liderlərinin” Azərbaycan əleyhinə açıq-aşkar terrora çağırış etmələrinə eyni zamanda Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünə qəsd cəhdlərinə, Qarabağın erməni icmasının girov formasında saxlanılmasına və rəsmi Bakının atacağı addımlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın təqdim etdiyi sülh təkliflərindən ermənilər bu və ya digər şəkildə müəyyən şərtlərlə yayınmağa çalışır:

“Bu da rəsmi Bakının səbr kasasını daşıra bilər. Azərbaycan öz ərazilərində erməni separatçılarının qalmasına qətiyyən razı olmayacaq. Son zamanlar baş verən təxribatlar, humanitar yük adı altında sərhədlərimizdə şou nümayiş etdirilməsi, Ermənistan ərazisindən kvadrakopter vasitəsilə kəşfiyyat aparılması rəsmi Bakını daha adekvat addımlar atmağa vadar edir. Həmin addımlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə təmizləmə əməliyyatlarının həyata keçirilməsi, sərhəddə isə ölkəmizə qarşı təxribat törədən PUA-ları idarə edən məntəqələrin sıradan çıxarılması ilə müşayiət oluna bilər”.

//Safura Bənnayeva, Editor.az