Artan qiymətlər DİGƏR ƏRZAQ MƏHSULLARININ bahalaşmasına da səbəb olacaqmı? -AÇIQLAMAbackend

Artan qiymətlər DİGƏR ƏRZAQ MƏHSULLARININ bahalaşmasına da səbəb olacaqmı? –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qeyd olunan məhsulların qiymətinin nə qədər qalxdığı ilə bağlı dəqiq məlumatımız hələ də yoxdur. Hesab edirəm ki, istehlak bazarına nəzarət edən müvafiq qurumların və ya müvafiq qeyri-hökumət təşkilatlarının bununla bağlı konkret açıqlamalarla çıxış etmələrinə ehtiyac var. Əgər deyildiyi kimi çörəyin qiyməti 15 qəpik artırılıbsa, bu o deməkdir ki, 50 qəpiklik çörəyin qiyməti 30% artıb. Bu, kifayət qədər böyük artımdır”.

Bu sözləri Editor.az-a iqtisadçı ekspert Elşən Bağırzadə deyib.

Onun sözlərinə görə, unun qiyməti də ən azı eyni nisbətdə artıb:

“Şübhəsiz ki, bu artım digər unlu məhsulların qiymətinin də artmasına gətirib çıxaracaqdır. Qiymət artımı təkcə qida sektorunda yox, digər sektorlarda da var və cari ildə bunun artacağı ilə bağlı gözləntilər də yüksəkdir. Bu gözləntilər təkcə Azərbaycana deyil, bütün dünyaya aiddir. Ona görə də dövlətin bu istiqamətdə qabaqlayıcı və tənzimləyici tədbirlərini intensivləşdirməsinə ehtiyac vardır. İnflyasiya artıq qlobal problemə çevrilir. Çalışmaq lazımdır ki, bu problem ölkədə ciddi sosial-iqtisadi sıxıntılar yaratmasın. Hesab edirəm ki, hökumətin bunun için kifayət qədər imkanları var. Biznes aktivliyini aşağı salmayacaq, aztəminatlı təbəqəni də inflyasiyaya əzdirməyəcək müvafiq tədbirlər alınmalıdır”.

//Gülnarə Abasova, Editor.az