Artan təxribatlar fonunda sülh danışıqları: Vaşinqton görüşü nə vəd verir?-AÇIQLAMAbackend

Artan təxribatlar fonunda sülh danışıqları: Vaşinqton görüşü nə vəd verir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da görüşü davam edir. Ermənistan tərəfindən təxribatların davam etməsinə baxmayaraq ABŞ çalışacaq ki, müsbət irəliləyiş əldə edilsin. Xatırladım ki, may ayında danışıqlarından sonra Ermənistan baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı ilə bağlı açıqlama verdi”.

Bunu Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan Vaşinqton görüşündə qeyri-konstruktiv mövqeyindən bir qədər də geri çəkiləcək:

“Ermənistanın irəli sürdüyü şərtlər sülh prosesini sabotaj edir. Bu da ABŞ-ın maraqlarına uyğun deyil. Şərti sərhəddə bu təxribatların baş verməsi orduda olan bəzi generalların antiPaşinyan siyasətinin nəticəsidir. Hansı ki, onlar da Rusiyaya bağlıdır. Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı erməni separatçılarının da atəşkəsi pozmasının şahidi oluruq. Bu təxribatlara baxmayaraq danışıqlar prosesi davam edir. Ermənistan daxilindəki revanşist qruplaşmalar da çalışır ki, sülh danışıqları baş tutmasın. Bunu hərbi yollarla pozmağa cəhd edirlər”.

Politoloq hesab edir ki, tərəflər arasında sülh müqaviləsinin imzalanması mümkündür: “Ermənistan baş naziri Nikol Paşinyan da orduda bəzi generalları neytrallaşdırmaqla bu təxribatlara son verə bilər. Bu məsələlər Nikol Paşinyanın şəxsi iradəsindən də asılıdır. Bəzi hallarda özü də etiraf edir ki, mövcud olan bir sıra qruplaşmalar ona tabe deyil. Prosesi sabotaj etməyə çalışırlar. Vaşinqton prosesini də pozmağa çalışacaqlar. Geniş təxribatlar gözləniləndir. Lakin bu kimi amillərə baxmayaraq tərəflər arasında sülh istiqamətində danışıqlar aparılmalıdır “.

//Safura Bənnayeva, Editor.az