Artilleriyada Rusiya ordusu Ukrayna ordusundan 6 dəfə üstündür – Oleksandr Sirskibackend

Artilleriyada Rusiya ordusu Ukrayna ordusundan 6 dəfə üstündür – Oleksandr Sirski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu artilleriya sahəsində Ukrayna ordusundan 6 dəfə üstündür. O əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin sayı da Ukraynanın şəxsi heyətindən çoxdur.

Editor.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Oleksandr Sirski deyib: “Etiraf etmək lazımdır ki, müəyyən sahələrdə hazırkı vəziyyət gərgindir. Rusiya səylərini daha da artırır və şəxsi heyətdə say üstünlüyünə malikdir.

Cəmi bir neçə gün əvvəl onun atışlı sursatlarda üstünlüyü təxminən altının birə olub”, – deyə Sırski “Ukrinform”a müsahibəsində bildirib. O əlavə edib ki, Rusiya ordusu son aylarda aviasiya gücünü artırıb, artilleriya və minaatan silahlarından daha fəal istifadə etməyə başlayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri pilotsuz təyyarələrdə öz üstünlüyündən istifadə edir, lakin Rusiya Silahlı Qüvvələri “bu silah növünə də çatmağa çalışır”.

Ukrayna müttəfiqlərindən daha çox hava hücumundan müdafiə sistemləri və raketlər almağı planlaşdırır, – Sırski əlavə edib. O, dənizdə döyüş əməliyyatlarının strategiyasının dəyişdirilməsindən də danışıb. Nazirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Qara dəniz donanmasına planlı şəkildə hücum etməyə çalışır və bundan sonra da edəcək.

//Samir Qurbanov, Editor.az