Artıq Cənubi Qafqazda “erməni layihəsi” deyə bir şey mövcud deyil: Azərbaycan Qərbin bütün planlarını pozubbackend

Artıq Cənubi Qafqazda “erməni layihəsi” deyə bir şey mövcud deyil: Azərbaycan Qərbin bütün planlarını pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Qərb siyasi dairələrinin bütün planlarını pozub. Əsas məsələ də ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bu, Qərbdə bir çoxlarını narazı salıb. Əsas səbəb isə Azərbaycanın Qərbin erməni layihəsini məhv etməsidir. Artıq Cənubi Qafqazda “erməni layihəsi” deyə bir şey mövcud deyil”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Qərb artıq erməni layihəsindən geopolitik məqsədlərlə Cənubi Qafqazda istifadə imkanlarını tamamilə itirib:

“Ona görə də Azərbaycana qarşı təzyiqlər artırılır və hələ də ümid edirlər ki, bəlkə də bu təzyiqlər sayəsində əvvəlki situasiyanı bərpa etmək mümkün ola bilər. Hesab edirlər ki, Ermənistanı silahlandırıb gücləndirməklə Cənubi Qafqazda özlərinin məkrli planlarını reallaşdıra bilərlər. Digər tərəfdən Azərbaycan həm Qərbin təzyiqlərinə müqavimət göstərir sərt reaksiya verir, həm də çox önəmli beynəlxalq tədbirlərin keçirilməsi ilə öz beynəlxalq nüfuzunu daha da gücləndirir”.

E. Xalidbəyli bildirib ki, “COP29” un keçirilməsi onu sübut edir ki, Azərbaycan dünyanın ən önəmli platformalarından birinə çevrilib:

“Azərbaycan dünyanın aparıcı ölkələri sırasına qatılmaq iddiasını reallaşdırır və bu istiqamətdə çox güclü manevrlər edir, öz hədəflərinə addım-addım nail olmağa başlayıb. Təbii ki, bütün bunlar Qərbi narazı salır və  Azərbaycanı təzyiqlərlə sıxışdırmağa cəhd göstərir. Halbuki son hadisələr də göstərir ki, rəsmi Bakı xarici təzyiqlərə əhəmiyyət vermək niyyətində deyil və üstəlik müqavimət göstərmək, tab gətirmək və əks reaksiya vermək imkanlarına sahibdir. Digər tərəfdən əgər Qərb Azərbaycanda xaos yaratmaq niyyətindədirsə, bu da boşa çıxmaq üzrədir. Çünki Azərbaycanda sabitliyin hökm sürdüyü heç kəs şübhə doğurmur və onu pozmaq üçün Qərbin elə bir ciddi mexanizmləri də mövcud deyil. Artıq ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan indi özünün iqtisadi inkişaf perspektivlərini reallaşdırmaq barədə düşünür və bu istiqamətdə addımlar atır. Qərbin Azərbaycana qarşı öz terror təşkilatlarını aktivləşdirmək kimi bir şansı da yoxdur. Çünki Qərbin əlində yalnız və yalnız erməni terroru mövcuddur. Bu terroru da Azərbaycan öz ərazisindən təmizləyib. İndi erməni terroru Ermənistandan ibarətdir və onu silahlandırıb Azərbaycanla qarşıdurmaya yönəltməyə çalışırlar. Ermənistanın terror dövləti olduğu sübut olunmuş bir reallıqdır. Ancaq Azərbaycan bu terror dövlətinə qarşı hərbi üstünlüyünü artıq qurub və Qərbin terror dövləti olan Ermənistanı silahlandırması Azərbaycana real təsir imkanında deyil. Azərbaycan Ermənistanla istənilən sahədə sərt reaksiya ilə Qərbin bütün planlarını hər zaman istifadə etmək şansına malikdir”.

//Gülnarə Abasova, Editor.az