“Artıq Ukraynaya müasir silahlar verilməlidir” – NATO-nun Baş katibibackend

“Artıq Ukraynaya müasir silahlar verilməlidir” – NATO-nun Baş katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq “Velt am Sonntaq” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynaya silah tədarükü davam edəcək: “Kiyev uzunmüddətli perspektivdə özünü yalnız sovet dövründən qalmış silahlarla müdafiə edə bilməz. Artıq Ukraynaya müasir silahlar verilməlidir”.

Y.Stoltenberq həmçinin Ukraynada nüvə silahının tətbiqi ilə bağlı Kremlə xəbərdarlıq edib: “Bizim mesajımız birmənalıdır. Nüvə silahından istifadə nəticəsində hər iki tərəf uduzacaq. Nüvə müharibəsi qələbəyə səbəb ola bilməz”.