“Artıq vaxt çatıb, onları…” – Putinin sözçüsündən kritik mesajbackend

“Artıq vaxt çatıb, onları…” – Putinin sözçüsündən kritik mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstənilən müharibə sülhlə başa çatır, Prezident Vladimir Putin ölkəni hara apardığını bilir”.

Bunu Putinin sözçüsü Dmitri Peskov deyib.

“Qalib gələcəyimizə əminik, Putin ölkəni hara apardığını bilir. İstənilən müharibə sülhlə başa çatır və Rusiyanın səsi eşidiləcək, inamla dayanacağıq”, – Peskov qeyd edib.

Kremlin sözçüsü vurğulayıb ki, Rusiya Qərblə yeni təhlükəsizlik prinsipləri üzərində razılığa gəlməyə çalışıb, amma buna çox da qulaq asılmayıb. O, ABŞ-ın Rusiyaya qarşı düşmən dövlətə çevrildiyini bildirib.

“Dost olmayan dövlətləri düşmən adlandırmağın vaxtı çatıb. Çünki onların etdikləri müharibədir. Rusiyaya qarşı təkcə informasiya müharibəsi deyil, həm diplomatik, həm də siyasi-iqtisadi müharibə gedir. Amma Rusiyanı nə siyasi, nə iqtisadi, nə də informasiya baxımından təcrid etmək olmaz”, – Peskov deyib.

Onun fikrincə, Rusiyanın mövcudluğu kollektiv fəaliyyət üçün stimuldur.

Putinin sözçüsü ukraynalıların sülhsevər xalq olduğunu söyləyib: “Ukraynalılar istedadlı, sülhsevər, Rusiyaya qohum olan xalqdır, amma onları uzun müddət aldadıblar”.

Peskovun iddiasına görə, Ukraynada hər şey plan üzrə, “olduqca səmərəli” gedir.

Teleqraf.com