Artunyan BMT-yə müraciət etdi: Antiterror əməliyyatı başlanır?-AÇIQLAMAbackend

Artunyan BMT-yə müraciət etdi: Antiterror əməliyyatı başlanır?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Arayik Arutyanın kimə və hansı təşkilata müraciət etməsinin o qədər önəmi yoxdur”.

Bunu Editor.az-a siyasi şərhçi Aqşin Kərimov Qondarma qurumun lideri Arayik Artunyanın BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərə müraciət edib edərək, Qarabağdakı “humanitar böhran”a qarşı addımlar atmağa hətta faktaraşdırıcı missiya göndərməyə səsləməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müraciətlər çarəsizlik sindromundən əziyyət çəkən bir şəxsin gözləntilərini əks etdirir ki, reallıqlar isə həmin gözləntilərin üzərindən qalın bir xətt çəkir:

“Birinci reallıq odur ki, dünya, hətta bir-birilə rəqabət içərisində çarpışan ABŞ ilə Rusiya da Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Fransa isə nala-mıxa vurduğuna görə, proseslərdə rol almaq şansından təcrid olunub. İkinci reallıq budur ki, Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərində özünün mütləq suverenliyini bərpa etmək üçün xeyli şəkildə irəliləyib. Üçüncü reallıq budur ki, Qarabağ ermənilərinin taleyi Azərbaycandan asılıdır, Laçındakı sərhəd-buraxılış məntəqəsi qurulduqdan sonra isə bu asılılıq dərəcəsi daha da çoxalıb. Arutyunyanın yalvarışları bu reallıqların batinində əhəmiyyət qazana bilməz. Arutyunyanın Qarabağdakı mövcudluğuna, separatçı təmsilçilikdə özünü müxtəlif qondarma vəzifələrin daşıyıcısı kimi təqdim etməsinə gəlincə, bu, Azərbaycana imkan yaradır ki, genişmiqyaslı hərbi əməliyyat keçirsin. Hələ ki, Azərbaycan Arutyunyana dəymir, yəqin ki, bunun məqsədəuyğun səbəbləri var”.

Siyasi şərhçinin fikrincə, Arutyunyanın taleyini Bakı müəyyən edəcək:

“Arutyunyan ya əli qandallı Azərbaycanın ədalət mühakiməsi önünə çıxarılacaq, ya mümkün antiterror əməliyyatlarında məhv ediləcək, ya da yaralı kimi zərərsizləşdiriləcək. Arutyunyan bu taleyi yaşamamaq üçün çıxıb Ermənistana gedə və orada yaşaya bilər. Lakin məsələ odur ki, o, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməyə cəhd etsə onun qollarına qandal vurulacaq, çünki o, Azərbaycan ərazilərindəki baş separatçı və Bakının axtarışa verdiyi şəxsdir. Beləliklə, Arutyunyan və onun quldur dəstəsinin Azərbaycanın dediklərini etməkdən, şərtlərini qəbul etməkdən başqa seçimi yoxdur”.

//Safura Bənnayeva, Editor.az