Artunyan sayıqlamağa davam edir: Bu formada çıxışlar nəyə hesablanıb?- Politoloqdan ŞƏRHbackend

Artunyan sayıqlamağa davam edir: Bu formada çıxışlar nəyə hesablanıb?- Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Separatçı-terrorçu rejimin lideri Araik Arutyunyan “təhlükəsizlik şurasının” iclasında bildirib ki, martın 1-də Azərbaycan nümayəndələri ilə keçirilən görüşdə, “inteqrasiya” məsələsi gündəliyə çıxıb. Lakin Ermənistan tərəfi buna razılıq vermədiyindən  məsələ müzakirə olunmayıb. Artunyan qeyd edib ki, onlar bu tələbi qəbul etməyib və etməyəcək özünüidarəetmədən də heç vaxt vaz keçməyəcəklər.

Məsələni Editor.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Artunyanın belə bir açıqlaması Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında narazılığı biruzə verir:

“Arayik Artunyan kimdir ki, Azərbaycanın inteqrasiya məsələsində maneəçilik törədə bilsin? Erməni icmasının belə bir səlahiyyəti yoxdur. Ermənistanın belə bir addım atdığını düşünmürəm. Bu, Rusiyanın işidir. Çünki rəsmi Moskvanın son günlərdəki fəaliyyəti heç bir normaya sığmır. Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda göstərilir ki, həyatını itirənlər “viza və pasport” rejimini yoxlayanlardır.
“Viza və pasport” məsələsi varsa, bu başqa dövlətin olması deməkdir. Azərbaycan ərazisində hansı başqa dövlət ola bilər? Ermənistanın nə ixtiyarı var ki, “viza və pasport” rejimini yoxlasın? Bu müstəvidə yanaşdıqda görünür ki, Rusiyanın yaydığı həmin bəyanatın ardınca Arayik Artunyan belə sayıqlayır. Biz istəsək də, istəməsək də rus sülhməramlıları öz maraqlarını təmin etmək üçün burada istədiyi formada siyasət yönəltməyə çalışır. Ona görə də böyük reaksiya verməyə ehtiyac yoxdur. Amma Azərbaycan da müəyyən addımlar atmalıdır. Bütün kənar yollar bağlanmalıdır. Ölkə başçımız artıq bəyan edib ki, ermənilər verilən şərtləri qəbul etməyəcəksə, orada yaşaya bilməyəcəklər”.
 
//Safura Bənnayeva, Editor.az