Artunyanın yeni təklifi- “Azərbaycan vaxt itirməməlidir”-AÇIQLAMAbackend

Artunyanın yeni təklifi– “Azərbaycan vaxt itirməməlidir”-Hərbi ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Separatçıların başçısı Arayik Artunyan konkret olaraq heç bir halda Azərbaycan qanunlarına tabe olmayacaqlarını bəyan edir. Rəsmi Bakıya müəyyən şərtlər irəli sürür”.

Bunu Editor.az-a hərbi ekspert Üzeyir Cəfərov Araik Arutyunyanın müsahibəsi zamanı heç bir halda Azərbaycanın təkliflərini qəbul etməyəcəklərini qeyd etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu prosesdə Azərbaycan vaxt itirməməlidir:

“Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Denis Qonçar da bu yaxınlarda verdiyi açıqlamasında Azərbaycan və Ermənistanı sülh sazişini imzalamaqda tələsməməyə çağırıb. Belə ki, bu halın əksinə daha böyük faciələrə səbəb olacağını qeyd edib. Ümumiyyətlə, separatçılar Rusiya və Ermənistandan aldıqları təlimatları icra edirlər. Həmin qüvvələr də sülhün əldə edilməsində maraqlı deyil. Hər ötən gün separatizmin daha da güclənməsinə səbəb olur. Ona görə də biz vaxt itirmədən tələblərimizi irəli sürməliyik.
30 ildə Amerika, Fransa, Rusiya ATƏT-in Minsk qrupunu u məsələni həll edəcəyini bildirdisə də sonda Azərbaycan Ordusu 44 gün ərzində öz gücü hesabına torpaqlarını  işğaldan azad etdi. Qələbəmizin artıq növbəti il dönümü yaxınlaşsa da Ermənistan tərəfi hələ də vaxt udmağa çalışır. Hindistan, İran, Çin və Rusiyadan texnikalar əldə edirlər. A.Artunyanın bu açıqlaması elə də təəccüblü deyil. Separatçı qurumun nümayəndələri ilə hansı danışıqlar aparıla bilər?  Məsələni həll edəcək yeganə güc Azərbaycan Ordusudur”.

//Safura Bənnayeva, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!