Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran təhqiqat komissiyasının sədri Andranik Köçəryan jurnalistlərə bildirib ki, “Artsax prezidenti” Araik Arutyunyanı sorğulanmaq üçün İrəvana dəvət ediləcək.
Mövzu ilə bağlı Aznews.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, ümumiyyətlə, komissiya ətrafında baş nazirin çıxışlarına da fikir versək, görərik ki, müsbət məqamlar çoxdur. Hazırda daha çox günahın keçmişin üzərinə yüklənməsi üzərindən bir yanaşma var:
“Elə düşünürəm ki, bu müsbət addımdır. Araik Arutunyan da müharibəyə qədərki və müharibə dövrünün aktorlarından biri olub. Onun ölkəni tərk edib, Ermənistana keçməsinə şərait yaratmaq lazımdır. Bu, bizə də yeni-yeni faktların ortaya çıxması və müharibə cinayətkarlarının cəzalandırılmasına yönəlik əlavə faktların aşkar olunmasında yardım edə bilər. Bu mənada elə hesab edirəm ki, addım yaxşı addımdır. Sonrakı dönəmdə hətta onun Azərbaycana qayıdışı ilə bağlı da bloklama etmək mümkündür”.

