Arutyunyan Göyçə gölünün sahilində malikanə tikdirir – Fotobackend

Arutyunyan Göyçə gölünün sahilində malikanə tikdirir – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndindəki separatçıların başçısı Araik Arutyunyana Göyçə gölünün sahilində dəbdəbəli malikanə tikilir.

Məlumata görə, “Kapavor” şirkətinin rəhbəri Arman Akobcanyanın tikdirdiyi dəbdəbəli malikanənin yanında – Göyçə gölünün sahilində Arutyunyanın dəbdəbəli malikanəsi tikilir.

“Aravot” Araik Arutyunyanın tikilməkdə olan şəxsi evi ilə bağlı onun “sözçü”sü Lusina Avanesyandan açıqlama almağa çalışsa da, o, zənglərə və yazılı müraciətə cavab verməyib.

Arman Akobcanyan isə separatçıların keçmiş “şəhərsalma naziri”nin oğludur.

Teleqraf.com