Arvadı tərəfindən döyülməkdən qorxub, polisə yalan danışdıbackend

Arvadı tərəfindən döyülməkdən qorxub, polisə yalan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva sakini hüquq mühafizə orqanlarına müraciət edərək külli miqdarda pulunun oğurlandığını, üstəlik də bıçaqlandığını bildirib. Əməliyyatçılar araşdırmalara başlayandan sonra hekayənin rusiyalı kişi tərəfindən uydurulduğunu müəyyən ediblər.

Bu barədə REN TV xəbər yayıb.

Məlum olub ki, kişi uzun müddət işində problem yaşayıb. Maaşın mütəmmadi gecikməsinə görə isə evdə arvadı danlayır və pul tələb edirdi. Bir müddət sonra kişi ümumiyyətlə işini itirib. Ancaq bunu arvadına etiraf etmək istəməyin: hər gün işə getmək adı ilə evdən çıxıb və şəhəri gəzib.

Maaş almalı olduğu gün isə o, özünü qarnından bıçaqlayaraq arvadına qarət olunduğunu deyib.

Hazırda kişiyə qarşı qəsdən yalan ifadə vermə maddəsi ilə cinayət işi açılıb.