Arvadını güllələyib öldürən polis görün kimin oğlu imişbackend

Arvadını güllələyib öldürən polis görün kimin oğlu imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında həyat yoldaşını öz tabel silahı ilə güllələyib öldürən polis əməkdaşı İsmayıl Məmmədov haqda yeni məlumat əldə etmişik.

Editor.az Musavat.com-a istinadən bildirir ki, İsmayıl Məmmədovun atası Vaqif İsmayılov Birinci Qarabağ müharibəsi şəhididir. Vaqif İsmayılov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.

Məmmədovlar ailə əslən Xocalıdandır. İsmayıl Məmmədovun bir neçə il öncə polis sıralarına atası şəhid olduğu üçün götürüldüyü deyilir.

Xatırladaq ki, sentyabrın 30-da səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminimdə güllələyərək öldürüb.