Arvadını öldürmək istəyən şəxs həbsxanada intihar etdibackend

Arvadını öldürmək istəyən şəxs həbsxanada intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda cəzaçəkmə müəssisələrinin birində intihar hadisəsi olub.

Editor.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakıda yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada saxlanılan məhkum, 37 yaşlı Hüseynov Zaur Zahir oğlu özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Z.Hüseynov 2018-ci ildə sərxoş vəziyyətdə keçmiş arvadını döyüb, daha sonra isə bıçaqlayıb.

Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan olunub. Məhkəmənin hökmü ilə Z.Hüseynov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.