Adıyamanda 3 uşaq anası 41 yaşlı Esma Biçer əri Kamal Biçer tərəfindən boğularaq öldürülüb daha sonra isə arvadının cəsədini torbaya qoyaraq bağçaya atıb.
Həyətdə qalan cəsəd bir müddət sonra qoxumağa başladığı üçün məhəllə sakinləri vəziyyəti polisə bildirib.
Qısa müddətdə hadisə yerinə gələn polis qrupları hadisə yerində araşdırma aparıb. Esma Biçerin cəsədi tibbi ekspertiza üçün Adıyaman Təhsil və Araşdırma Xəstəxanası Morgu’na aparılıb.
3 uşaq anası olan həyat yoldaşını öldürən Kamal Biçer polis qruplarının apardığı iş nəticəsində tutularaq saxlanılıb.
//Samir Qurbanov, Editor.az

