Arvadını xüsusi amansızlıqla qətlə yetirən Ramiz Taxveli vəfat edib – FOTObackend

Arvadını xüsusi amansızlıqla qətlə yetirən Ramiz Taxveli vəfat edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən “Buta Palace”ın keçmiş art direktoru Ramiz Taxveli vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Taxveli bu yaxınlarda müalicə aldığı psixiatriya xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Rasim Taxveli 2018-ci ildə 30 yaşlı həyat yoldaşı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə cəzadan azad edilib, psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib.