Arxangelsk vilayətində helikopterinin qəzası: Biri deputat olmaqla, iki nəfər öldübackend

Arxangelsk vilayətində helikopterinin qəzası: Biri deputat olmaqla, iki nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Arxangelsk vilayətində Amerika istehsalı “Robinson R44” helikopterinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Bu barədə sentyabrın 27-də Telegram-da Rusiya Federasiyasının Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

“Sentyabrın 25-də “Robinson 44” helikopteri Arxangelsk vilayətinin Bıçye kəndi – Karandaşevskaya kəndi marşrutu üzrə havaya qalxıb. Sentyabrın 27-də axtarış-xilasetmə xidmətləri Bıçayadan 4 km qərbdə dağılmış helikopteri tapıblar”, – məlumatda deyilir.

Prokurorluq qeyd edib ki, qəza, ehtiyatsızlıqdan iki nəfərin ölümü ilə nəticələnən yol hərəkəti və hava gəmisinin istismarı qaydalarını pozma maddəsi ilə araşdırılır. “Mash Telegram” kanalı iddia edir ki, vertolyotda Arxangelsk Şəhər Dumasının deputatı Sergey Smetanin və iş adamı Aleksey Semenov olublar.

//Samir Qurbanov, Editor.az