“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) sədr müavinləri Nəzrəddin Murad oğlu Əhmədzadə və Tariyel Taleh oğlu Mirzəyev vəzifələrindən azad olunublar.
Editor.az Demokrat.az-a istinadən xəbər verir ki, N.Əhmədzadə 1982-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. O, 2014-cü ildə Prezidentin sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini təyin edilib.
Tariyel Mirzəyev 1986-cı ildə anadan olub. O, ASCO-nun 2022-ci ilin sentyabr ayında strateji inkişaf və investisiya layihələri departamentinin rəisi vəzifəsindən azad olunaraq sədr müavini vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, bu ilin yanvar ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev vəzifəsindən azad olunaraq, yerinə Əfqan Süleyman oğlu Cəlilov təyin olunub.

