AŞPA-da Qarabağla bağlı müzakirələr olacaqbackend

AŞPA-da Qarabağla bağlı müzakirələr olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın sonunda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsi və Əfqanıstandakı vəziyyətlə bağlı təcili debatlar keçirilə bilər. 

Editor.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

“Digər məqamlara Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri ilə bağlı müzakirələr, sosial hüquqların gücləndirilməsi və qondarma namus cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi ilə sosial etimadın bərpası daxildir”, – deyə bəyanatda qeyd olunur.

Daha sonra AŞPA-nın bəyanatda deyilir:

“Əfqanıstandakı vəziyyət, Latviya, Litva və Polşanın Belarusla sərhədlərində artan miqrasiya təzyiqləri, habelə Avropa Şurası Kompüter Cinayətləri Konvensiyasına dair yeni protokol layihəsi ilə əlaqədar təcili müzakirə tələb edildi”.

Loading...