AŞPA–dan Rusiyaya sərt xəbərdarlıq: Ehtiyatlı olun…backend

AŞPA–dan Rusiyaya sərt xəbərdarlıq: Ehtiyatlı olun…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks Rusiyanın Ukraynanın mülki infrastrukturuna son raket hücumlarından sonra Rusiya rəhbərliyinə sərt xəbərdarlıq edib. Editor.az bildirir ki, bu barədə o, öz Twitter səhifəsində yazıb.

Koks qeyd edib ki, bu gün mülki infrastruktura (o cümlədən Volnyanskdakı doğum evinə və Kupyanskdakı poliklinikaya) raket hücumları ilə Rusiya beynəlxalq hüququ pozmaqda davam edir. “Kremldəki liderlər, ehtiyatlı olun – bu cür cinayətlər cəzasız qalmayacaq”, – AŞPA prezidenti xəbərdarlıq edib.

 //Samir Qurbanov,Editor.az