AŞPA-nın vitse-prezidenti: “İlham Əliyevin Kiyevə səfəri əsl kişi addımıdır” – MÜSAHİBƏbackend

AŞPA-nın vitse-prezidenti: “İlham Əliyevin Kiyevə səfəri əsl kişi addımıdır” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Kiyev səfərini yüksək qiymətləndirirəm. Bu səfər uzun zamandır ki, gözlənilirdi. Bununla yanaşı Prezident İlham Əliyevin Ukraynaya səfəri çox gərgin vaxt kəsiyində reallaşıb. Çünki hər an aqressor tərəfindən Ukraynaya hərbi hücum reallaşa bilərdi”.

Bunu Bizim.Media-ya özəl açıqlamasında Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söyləyib.
Şərhinin davamında Merejko bildirib ki, Prezident İlham Əliyevin Kiyev səfəri Ukraynanın çətin zamanında ölkənin suverenlik və təhlükəsizliyinə dəstək siqnalıdır:

“Buna çox böyük dəyər veririk. Çünki cənab İlham Əliyevin səfəri əsl kişi addımıdır. Azərbaycan Ukraynanın həqiqi dost və strateji tərəfdaşı olduğunu bir daha nümayiş etdirib”.

– İmzalanan sənədlər barədə nə deyə bilərsiniz?

“Ümumiyyətlə, bu səfər Ukrayna-Azərbaycan strateji tərəfdaşlığını yeni və daha keyfiyyətli mərhələyə keçirib. Bir sıra iqtisadi əhəmiyyəti olan bəyanatlardan başqa, prezidentlərin birgə bəyannaməsi də imzalanıb. Sənəddə hər iki ölkənin suverenlik, ərazi bütövlüyü və təhlükəsizliyinə qarşılıqlı dəstək prinsipləri yer alıb. Bu, fövqəladə mühüm sənəddir”.

– Bəs Azərbaycanla Türkiyənin Ukrayna böhranındakı vasitəçiliyi ətrafında nə düşünürsünüz?

“Azərbaycanla Türkiyənin problemlərin həlli və ərazilərimizin işğaldan azad olunması istiqamətində vasitəçilik təklifini pozitiv dəyərləndirirəm. Sadəcə, Rusiya bununla razılaşacaqmı? Bu sual hələki açıq qalır. Vurğulanması vacib olan digər məqam Azərbaycanın torpaqları işğaldan azad etməkdə uğurlu təcrübəsinin olmasıdır. Bakı Kiyevi yaxşı anlayır və öz təcrübəsiylə bölüşməyə hazırdır”.

Xatırladaq ki, Azərbaycan və Türkiyə Gürcüstan-Rusiya problemlərinin də həllində vasitəçiliyə əsas namizədlərdir.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!