Avropa Şurası Parlament Assambleyasının(AŞPA) prezidenti Tini Koks bütün dünyada milyonlarla insana ümid verən “taxıl təşəbbüsü”nün davam etdirilməsini alqışlayıb.
Editor.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.
“Mən bütün dünyada Ukraynanın ərzaq ixracından asılı olan milyonlarla insana böyük ümid verən taxıl təşəbbüsünün davam etdirilməsini səmimiyyətlə alqışlayıram!” – deyə Koks təşəbbüs iştirakçılarına təşəkkür edib.
Qeyd edək ki, noyabrın 17-də İstanbulda Ukrayna, BMT və Türkiyə “taxıl təşəbbüsü”nün daha 120 gün uzadılması barədə razılığa gəliblər.
“Taxıl təşəbbüsü” başladığı avqustun 1-dən noyabrın 17-dək Ukrayna 38 ölkəyə 11 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edib.
//Samir Qurbanov, Editor.az

