Asryan: Azərbaycanla yeni müharibəyə əsas görmürükbackend

Asryan: Azərbaycanla yeni müharibəyə əsas görmürük

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda hərbi eskalasiya təhlükəsi yoxdur, sərhəddə vəziyyət nisbətən stabildir.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan Azərbaycanla müharibənin mümkünlüyü barədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Baş Qərargahın təhlilləri müharibənin mümkünlüyü barədə danışmağa əsas vermir.

Demarkasiya prosesindən danışan Baş Qərargah rəisi hər şeyin sülh yolu ilə gedəcəyinə əmin olduğunu vurğulayıb.