Astarada bıçaqlanma olub.
DİN-nin Mətbuat Xidmətindən Editor.az-a verilən məlumata görə, Astara rayon sakini, 2005-ci il təvəllüdlü Z.Hüseynlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü E.Ş (Şərti ad) polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
/Qafqazinfo