Astarada azyaşlı qızılcadan ölübbackend

Astarada azyaşlı qızılcadan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astara rayonunda altı yaşlı uşaq qızılcadan ölüb.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonunun Maşxan kəndində baş verib.

Belə ki, kənd sakini – 2018-ci il təvəllüdlü Y.Ə.-də dörd gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.