Astroloq Ukraynada yeni döyüşlərin tarixini açıqladıbackend

Astroloq Ukraynada yeni döyüşlərin tarixini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astroloq Dmitri Urantus Donbasda rus ordusunun yeni genişmiqyaslı hücumunun mümkün tarixlərini açıqlayıb.

Editor.az  axar.az-a istinadən xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

Urantusun proqnozuna görə, intensiv döyüş əməliyyatlarının başlanması aprelin 11-12-də gözlənilir.

“Düşmənin hücum əməliyyatları ən azı aprelin 24-dək davam edəcək. Təxminən aprelin 16-da, Mars və Saturnun birləşmə aspektinin dağılmasından sonra hadisələrin son nəticəyə gətirib çıxaracağı ehtimal olunur. Mars Balıq bürcünə keçəcək, müharibənin tempi dəyişməlidir”, – astroloq qeyd edib.

O əlavə edib ki, aprelin 30-da – yeni aydan sonra, mayın 3-5-i tarixlərində danışıqlar və razılaşmalar üçün əlverişli vaxt gəlir.