Asya onu komaya salan səbəbi açıqladı – FOTObackend

Asya onu komaya salan səbəbi açıqladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət öncə komaya düşərək sevənlərinə qorxulu günlər yaşadan bloger Asya İsmayılova komaya düşmə səbəbini açıqlayıb.

Editor.az  azxeber.com-a istinadən xəbər verir ki, bu barədə o İnstaqram hesabında paylaşıb.

Analiz cavabını paylaşan Asya məsələyə belə aydınlıq gətirib:

“Bu gün analiz cavabı gəldi. Səbəbi məlum olmayan sepsis imiş. Həkimimizin izahına görə, bunun yaranma səbəbi bir çox amillərdən ola bilər. Həkimin qənaətə gəldiyi səbəb isə böyrəyimdə daşın olması və bir neçə gün ondan öncə böyrəyimin ağrımasıdır. Bu ağrı məndə ara-sıra qısa müddətlik olduğu üçün ciddiyə almırdım, diş həkiminə də öncədən deməyi vacib saymamışdım. Bu da bədəmin narkoz zamanı şok keçirməsinə və sepsisin yaranmasına səbəb olub böyük ehtimal. Bu vaxta qədər də susmağımın səbəbi bu idi. Ortada böyük yaranmış problem olsa da, dəqiq səbəbini bilmədən kimisə günahlandıra bilməzdik. Ümid edirəm, heç kim sağlamlığı ilə bağlı problem yaşamaz və hər kəs vaxtında sağlamlığına ciddi yanaşar. Xəstəxanadan çıxanda bütün bədənim tam təmizlənmişdi. Septik şokdan ayılmaq möcüzə idi”.

“Bu arada həmin çətin müddətdə xəstəxanaya gələn, narahat olan, yazan hər kəs yadımdadır, hər biri çox dəyərlidir. Əlbəttə ki, həmin müddətdə, öz həyatında çətinliyi, dərdi və s. olmasına baxmayaraq, vəziyyətdən sui-istifadə edənlər də yadımdadır. Allah heç kimi, nə özünü, nə yaxınlarını, nə də övladlarının yolunu xəstəxanadan salmasın. Mən bunu düşmənimə belə arzu etmirəm, etməyəcəm.

Həmin vaxt ərzində mənim üçün dua edən hər kəsə Allahdan xoşbəxtlik və sağlam ömür arzu edirəm. Allah hər birinizin gözəl ürəyinə görə versin. Etdiyiniz dualar qarşısında nə qədər təşəkkür etsəm, az”.