Ata Abdullayevin həbs müddəti uzadıldıbackend

Ata Abdullayevin həbs müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail rayon Məhkəməsində həbsdə olan bloqer Ata Abdullayevin barəsindəki həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Editor.az Trend-ə istinadən bildirir ki, prosesdə təqdimat təmin edilib. Məhkəmənin qərarı ilə A. Abdullayev barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, A. Abdullayev bu ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı hədə-qorxu ilə pul tələb etmə maddəsilə ittiham irəli sürülüb və Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.