“Atam öləndə Qvardiola zəng etdi”backend

“Atam öləndə Qvardiola zəng etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo “Mançester Siti”də çalışan həmkarı Xosep Qvardiola ilə aralarındakı mənəvi münasibətlər haqda danışıb.

Editor.az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Pepə daim hörmətlə yanaşdığını deyib.

“Həyatda elə anlar olur ki, bunu heç vaxt unuda bilmirik. Atam öləndə (2007-ci ildə) Qvardiola mənə zəng vurdu. Yeri gəlmişkən, yaşasaydı bu gün 83 yaşı tamam olacaqdı. O, atamın mənim üçün nə qədər vacib insan olduğunu bilirdi. Əlbəttə, onun da anası öləndə (2020-ci ilin aprelində) mən Pepə zəng vurdum. Elə şeylər var ki, insanlar bunu bilmirlər və bizim də bölüşmək imkanımız olmur. Bu gün isə belə bir imkan yarandı” – deyə Mourinyo mətbuat konfransında bildirib.

Qeyd edək ki, sabah İngiltərə Premyer Liqasının 23-cü turunda “Tottenhem” səfərdə “Mançester Siti” ilə qarşılaşacaq.