Atası tərəfindən döyülən azyaşlı qızın babası DANIŞDI: “Məni zorla maşına oturtmaq istədilər” – VİDEObackend

Atası tərəfindən döyülən azyaşlı qızın babası DANIŞDI: “Məni zorla maşına oturtmaq istədilər” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ata azyaşlı qızına və həyat yoldaşına şiddət göstərib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda atanın azyaşlı qızını döydüyü görünür. Əvvəlcə əlindəki əşya ilə, sonra əli ilə balacanın başından dəfələrlə vurur.

Videosu yayılan azyaşlının babası Böyükağa Əzizağa oğlu Əliyev Baku TV-yə danışıb.

Onun sözlərinə görə, qızının ailəsində əvvəllər də problem olub, lakin hər dəfə məsələni yoluna qoymağa çalışıblar.

“Bu dəfə də gəlib dedi ki, evimdə qalmaq istəyirəm, səhvimi anladım. Qızım etiraz etdi ki, bunların yenə hansısa planı var, qorxuram, bizimlə qalmasın. Dedim ki, qızım, səs eləmə, qoy qalsın, mən də buradayam.

Söz-söhbətdən əvvəl qızımın telefonunu alıb format etmişdim. Uşaqların atası evə qayıdanda telefonu qızıma qaytarmağımı istədi. Mən də razılaşdım.

Səhər yuxudan durub işə gedəndə telefon məsələsini yenə dedi. Mən də ona telefonu verəndə öz mobil telefonumla bunu kameraya çəkdim ki, sonra sübut edə bilim. Bu, onun etirazına səbəb oldu. Aramızda mübahisə düşdü. Əlbəyaxa olduq. Sonra qızım ayırdı bizi.

O, öz maşınına minib getdi. Mən də piyada magistral yola doğru hərəkət etdim. Mağazaya çatanda uşaqların atalarının qohumları mənim qarşımı kəsdilər və məni zorla maşına oturtmaq istədilər. Orada əlbəyaxa olanda qəsəbə sakinləri bizi ayırdılar”, – azyaşlının babası deyib.

Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib. Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb.

Daha ətraflı Baku TV-nin süjetində: