İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı silah anbarlarına zərbələr endirib.
Belə ki, “Hizbullah” terrorçuları son aylarda buradan İsrail Müdafiə Qüvvələrinə (IDF) və dinc sakinlərə qarşı hücumlar təşkil ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələri dekabrın 8-də Telegram-da məlumat yayıb. İDF “Hizbullah”ın bu məntəqələrdə fəaliyyətini atəşkəs razılaşmasının pozulması adlandırıb.
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda qalaraq, İsrail və Livan arasındakı razılaşmalara uyğun olaraq hərəkət edir və İsrail dövlətinə və onun vətəndaşlarına qarşı hər hansı təhlükəyə qarşı hərəkətə keçəcək.
//Samir Qurbanov, Editor.az