Atəşkəs pozulur: Bakıya bu təklifi verməyə hazıram – Paşinyanbackend

Atəşkəs pozulur: Bakıya bu təklifi verməyə hazıram – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün Bakıya təklif verməyə hazıram.

Editor.az  axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı olardı”, – deyə Paşinyan Zəngəzur bölgəsində partiyadaşları ilə görüşündə bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 13 və 14 iyunda Naxçıvan istiqamətində bir neçə dəfə atəşkəs rejimini pozub.