Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur – RƏSMİbackend

Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur:

“Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür”.