ATƏT-in baş katibi Azərbaycana səfər edəcəkbackend

ATƏT-in baş katibi Azərbaycana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in baş katibi Feridun Sinirlioğlu aprelin 25-də Azərbaycana səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycan diplomatiyasının rəhbəri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub.

Bundan əvvəl Feridun Sinirlioğlu Ermənistan və Gürcüstana səfərlər edib. Gürcüstanda ATƏT-in baş katibi Gürcüstanın Xarici İşlər Nazirliyinin rəhbəri Maka Boçorişvili, eləcə də ölkənin baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Ermənistanda Sinirlioğlu Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan ilə görüş keçirib. Görüş zamanı tərəflər Bakı ilə İrəvan arasında normallaşmanı müzakirə ediblər.

//Samir Qurbanov, Editor.az