ATƏT-in baş katibi Rusiyanın təşkilatdan çıxarılmasını istəmirbackend

ATƏT-in baş katibi Rusiyanın təşkilatdan çıxarılmasını istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in baş katibi Helqa Şmid Rusiyanın təşkilatdan çıxarılmasının tərəfdarı deyil. Lakin bu məsələdə Ukrayna israr edir.

Editor.az bildirir ki, bu barədə Şmid “Welt” qəzetinə müsahibəsində deyib: “Hesab edirəm ki, bugünkü nöqteyi-nəzərdən Rusiyanın ATƏT-in üzvü olmaqda davam etməsi məntiqlidir”. O hesab edir ki, eyni masa arxasında olmaq “diplomatik nəzakət mübadiləsi” demək deyil.

ATƏT-in baş katibi izah edib ki, “bir gün yenidən kommunikasiya kanallarına ehtiyacımız olacaq”.
Qeyd edək ki, ötən ilin noyabrında ATƏT Parlament Assambleyasının (PA) Rusiya Federasiyasından olan nümayəndələrin iştirak etmədiyi sessiyası keçirilib. Bel ki, təşkilatçılar Rusiya nümayəndə heyətinə viza verməmmişdilər. Rusiya parlamentariləri bildirmişdilər ki, ATƏT “debat zamanı narahat edəcək çıxışlardan qorxur”. Ukrayna nümayəndə heyəti isə Rusiya təşkilatdan çıxarılmayana qədər ATƏT PA-nı boykot edəcəyinə söz verib.

//Samir Qurbanov,Editor.az