ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonen Gürcüstanda 5000 lari (1800 dollardan çox) məbləğində cərimələnib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən 1TV telekanalı məlumat yayıb. O, oktyabrın 14-də parlament binası qarşısında Tbilisinin mərkəzi Rustaveli prospektini qanunsuz olaraq bağlamaqda ittiham olunur. Valtonen Qafqazda səyahətdə edərkən müxalifətin mitinqinə də qatılıb.
1TV xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyi də ATƏT Katibliyinə şifahi etiraz notası göndərib və qeyd edib ki, nazir Valtonenin açıq bəyanatları “reallığı əks etdirmir və Gürcüstandakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti düşünülmüş şəkildə çaşdırmaq cəhdidir”.
//Samir Qurbanov, Editor.az

