ATƏT-in Minsk Qrupu buraxılmalıdır – Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovabackend

ATƏT-in Minsk Qrupu buraxılmalıdır – Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk Qrupu buraxılmalıdır – Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova

ATƏT-in Minsk Qrupunun buraxılmasına ehtiyac var.
Editor.az bildiri ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. O xatırladıb ki, Minsk Qrupunun həmsədrləri 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə fəal şəkildə əlaqəni dayandırıblar. “Digər məsələlərlə yanaşı, bu kommunikasiyanın dayandırılması və Ermənistan-Azərbaycan-Avropa İttifaqı-Fransa sammitinin nəticələrinə görə Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması və 2023-cü ilin sentyabrında yer üzündə vəziyyətin köklü dəyişməsi ilə ATƏT-in Minsk konfransının həmsədrlərinin mandatı aktuallığını itirib”- Mariya Zaxarova vurğulayıb. O, izah edib ki, bu proses Qərb tərəfindən bu formatda işin qarşısının alınması ilə başlayıb və bundan sonra reallıqlarda çox dəyişikliklər baş verib.
Diplomat qeyd edib ki, Minsk konfransının bütün strukturları, o cümlədən təkcə ATƏT-in Minsk Qrupu deyil, həm də yüksək səviyyəli planlaşdırma qrupu, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan üzrə şəxsi nümayəndəsi vəzifəsi də ləğv edilməlidir. “Biz hesab edirik ki, bununla bağlı müvafiq qərar qəbul etməyin optimal yolu Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə təklifidir”, – Mariya Zaxarova vurğulayıb.