ATƏT-in sədri Azərbaycanın dünənki humanist addımını alqışladıbackend

ATƏT-in sədri Azərbaycanın dünənki humanist addımını alqışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in sədri, İsveç Xarici İşlər naziri Ann Linde azad edilmiş Ağdam rayonunda minalanmış ərazilərin xəritələri müqabilində saxlanılan 15 erməninin Azərbaycan tərəfindən Ermənistana qaytarılmasını alqışlayıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə A.Linde öz “Twitter” səhifəsində yazıb:

“15 saxlanılan şəxsin bu gün Ermənistana qayıtmasını və ərazilərin təmizlənməsinə töhfə verəcək məlumatların Azərbaycana ötürülməsini alqışlayırıq. Bu, ATƏT və ATƏT-in İsveçdəki nümayəndəliyinin sədrliyinin dəyərini göstərir. Bu etimad Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar üçün bir atmosfer yaratmağa kömək edə bilər. Gürcüstan, ABŞ və Avropa Birliyi ilə işləməkdən məmnunuq”.