“ATƏT PA-da Azərbaycanın səsi çox yüksəkdən gəlir”-AÇIQLAMAbackend

“ATƏT PA-da Azərbaycanın səsi çox yüksəkdən gəlir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ATƏT Parlament Assambleyası məhz o meydanlardan biridir ki, orada erməni lobbisi vaxtaşırı Azərbaycana qarşı fəallıq göstərir”.

Bu sözləri Editor.az-a Azərbaycan Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etməsi ilə bağlı danışarkən politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, ermənilər orada da antiAzərbaycan qətnamələri tərtib edib, rəsmiləşdirməyə çalışırdılar:

“Son illər ərzində isə ATƏT PA-da Azərbaycanın səsi çox yüksəkdən gəlir. Biz elə bir tərzdə müdafiə strategiyamızı tərtib etmişik ki, ATƏT PA-da sempatiyalarla, antipatiyaların nisbəti bizim xeyrimizə dəyişib. Əsas məsələ odur ki, biz heç kimdən Azərbaycan həqiqətlərinin müdafiəsini tələb etmirik. Həqiqətin, ədalətin milli mənsubiyyəti yoxdur. Biz sadəcə dünya qanunvericiliyindən irəli gələn normaları üstün tutaraq çalışırdıq ki, 1 milyona yaxın məcburi köçkünlərin hüquqlarına hörmət bəsləsinlər, onların dərdindən xəbərdar olsunlar və 30 ildir ki, davam edən işğalçılıq sona çatsın.

Separatizm hazırda dünya geosiyasi aləmində ən təhlükəli cərəyanlardan biridir. O hara gəlirsə, istər-istəməz böyük bədbəxtçilik, dərdlər baş verir. ATƏT PA-nın xüsusilə də indiki zamanda bizim üçün mövqeyi çox vacibdir. Biz görürük ki, Fransa həddini aşaraq, Cənubi Qafqazı yeni müharibə ruhuna cəlb etməyə çalışır. Buna görə də ölkə başçısının ATƏT PA sədri ilə görüşündə bu məsələlərin hər birinə toxunulub. Çünki ATƏT PA rəhbərliyində olanlar baş verənlərdən xəbərdar olmalıdırlar. Bu baxımdan hesab edirəm ki, bu cür görüşlərin əhəmiyyəti böyükdür”.

//Səbinə Hüseynli, Editor.az