Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun bağlanması qərarı Bakı ilə İrəvan arasında sülh prosesinin davam etdirilməsi üçün “həyati əhəmiyyət kəsb edir”.
O, Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi müşahidə edə bildiyini vurğulayıb. Diplomat xatırladıb ki, ATƏT-in Minsk Qrupunun və onunla əlaqəli strukturlarının bağlanması qərarı avqust ayında verilib: “Bu, sülh prosesini dəstəkləyən və ATƏT-in büdcəsinin təsdiqlənməsinə mane olan əsas maneəni aradan qaldıran vacib bir addımdır.”, – Elina Valtonen bildirib.
Xatırladaq ki, 1 sentyabrda ATƏT-in Daimi Şurası Minsk prosesinə və onunla əlaqəli strukturlara xitam vermək qərarına gəlib. Müvafiq olaraq, təşkilat daxilində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əvvəllər qəbul edilmiş bütün sənədlər artıq qüvvədə deyil.
//Samir Qurbanov, Editor.az

