ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linde Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələr barədə təkrarlanan məlumatlardan narahatdır.
Yenisabah.az xəbər verir ki, Linde bunu öz “Twitter” səhifəsində bildirib.
“Bütün həll olunmamış məsələlər danışıqlar yolu, sülh yolu ilə həll olunmalıdır. ATƏT dialoq üçün əlverişli bir atmosfer yaratmaq naminə yardım və etimad yaratma tədbirləri göstərməyə hazırdır”.

