Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatı başa çatıb.
Editor.az xəbər verir ki, 51 ölkədən 566 atıcının qatıldığı mundialda Azərbaycan da təmsil olunub. İştirakçı ölkələrdən 22-sinin idmançıları mükafatçılar sırasında yer alıblar.
Azərbaycan mundialı 3 medalla bitirib. 50 metr məsafəyə atəşaçmada oğlanların yarışında İmran Qarayev qızıl, qızların mübarizəsində Sofiya Barxalova bürüncə sahib çıxıblar. Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət millimiz 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada komanda yarışında gümüş əldə edib.
Azərbaycan millisi çempionatın medal sıralamasında 12-ci yeri tutub.
Qeyd edək ki, 13 qızıl, 3 gümüş və 8 bürünc əldə edən Hindistan medal siyahısında mundialın qalibi olub.