Atlantik okeanında “Rene” tropik fırtınası yaranıb.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Milli Qasırğa İzləmə Mərkəzi bildirib.
Məlumata əsasən, tropik fırtına daxilində əsən küləyin sürəti 18 m/s-ə çatır. Fırtına Afrika sahillərindən 600 km məsafədə yerləşən Kabo-Verde dövlətindən təxminən 180 km şərqdə yerləşir.
Bazar ertəsi axşamı və çərşənbə axşamı səhər saatlarında Kabo-Verdeyə güclü yağış və fırtına küləklərinin əsəcəyi gözlənilir.

