“Atletiko” “Levante” ilə heç-heçə oynadıbackend

“Atletiko” “Levante” ilə heç-heçə oynadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Futbol çempionatının ikinci turunun təxirə salınmış oyununda Madridin “Atletiko”su səfərdə “Levante” ilə heç-heçə oynayıb.

Editor.az Trend-ə istinadən bildirir ki, oyun 1:1 hesabı ilə başa çatıb.

Qolları 17-ci dəqiqədə Enis Bardi (Levante) və Markos Lyorente (37) (Atletiko) vurublar.

“Atletiko” 22 oyunda 55 xalla turnir cədvəlinə başçılıq edir, “Levante” aktivində 28 xalla 11-ci sıradadır.

Növbəti liqa matçında “Atletiko” 20 fevralda bir daha “Levante” ilə oynayacaq, görüş Madriddə keçiriləcək.