“Atletiko”nun ispaniyalı futbolçuları Dieqo Kosta və Santyaqo Arias koronavirus infeksiyasına yoluxublar.
Bu barədə klubun mətbuat xidməti məlumat verib.
Futbolçuların tətillərini Madrid xaricində keçirdikləri, hər iki xəstəliyin asimptomatik olduğu qeyd edilir. Bildirilir ki, onlar mövsümöncəsi təlim-məşq toplanışının başlanğıcında iştirak etməyəcəklər.
İspaniya çempionatının yeni mövsümü 11 sentyabrda başlayacaq. “Atletiko” ilk oyununu 27 sentyabrda meydan sahibi kimi “Qranada” ilə keçirəcək.
//Trend

