“Atletiko” transfer bombasını açıqladı – 126 milyon avrobackend

“Atletiko” transfer bombasını açıqladı – 126 milyon avro

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Atletiko” klubu Portuqaliya “Benfika”sından Joau Felişi transfer etdiyini açıqlayıb.

Editor.az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. “Benfika” ötən həftə bu keçid üçün qarşı tərəfdən 126 milyon avro təzminat aldığını açıqlamışdı. Gənc oyunçu yeni klubunda 7 nömrəli formada çıxış edəcək.

Portuqaliya millisinin üzvü 2015-ci ildə “Benfika”nın akademiyasına keçib və peşəkar karyerasına bu klubda başlayıb.

Feliş ötən mövsüm 43 oyuna 20 qol vurub, 11 assist edib.